Təəssüf ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq İçərişəhər yenidən vandalların hücumu ilə üzləşmişdir. Tariximizin yaddaşı olan Qala divarlarına 1991-ci il təvəllüdlü iki nəfər tərəfindən 25 noyabr tarixinin axşam saatlarında xələl yetirilib. Həmin şəxslər İdarənin mühafizə xidmətinin əməkdaşları tərəfindən yerindəcə bu çirkin əməllərinə yol verdikləri zamanı aşkar edilərək daşlar üzərindəki yazıları dərhal pozmağa məcbur edilmişlər. Hər iki şəxs yerli hüquq-mühafizə orqanlarına təhvil verilmişdir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bildirik ki, tariximizi qorumaq hər bir vətəndaşın borcudur və ona zərər vuranlar qanun qarşısında cavab verəcəkdir!

Xəbərlər Qalereyası

Xəbərlər