"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 5-10 və 11-15 yaşlı rəssamlar arasında keçirdiyi rəsm müsabiqələsinin qalibləri məlum olub.
Xalqımızın Qarabağ zəfərinə həsr olunan müsabiqəsin təşkilində əsas məqsəd tarixi qələbəni uşaqların gözü ilə görmək və onlara vətənpərvərlik ruhunu aşılamaq idi.
Qaliblər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov tərəfindən diplom və hədiyyələrlə təltif olunublar. Müsabiqədə münsif qismində çıxış edən aktyor və Rəssamlar Şurasının üzvü Bəhram Bağırzadə iştirakçıların hər birinə şəxsi imzası ilə kitabını hədiyyə edib.
Müsabiqədə birinci yerə ”Zəfər günü” rəsmi ilə 5-ci sinif şagirdi Mirkamil Mövsümöv və "Qarabağ gözəli” rəsmi ilə 7-ci sinif şagirdi İnci Mirzəyeva sahib olublar.
İkinci yerə "Zəfər duyğusu" rəsmi ilə 5 yaşlı Könül İbrahim, "Zəfər Bayramı" rəsmi ilə 8 yaşlı Zəhra Nadiyeva və "Zəfər günü” rəsmi ilə 10 yaşlı Mirabtalıb Məmmədov layiq görülüblər.
Üçüncü yerə “Zəfər günü” rəsmi ilə Naftalan rayon sakini 11 yaşlı Şahnaz Hüseynli, “Zəfər sevinci” rəsmi ilə 6-cı sinif şagirdi Selcan Salmanova, “Qarabağ Azərbaycandır” rəsmi ilə 6-cı sinif şagirdi Səmra Salmanlı və “Zəngilan rayonu Məmmədbəyli Türbəsi” rəsmi ilə 9 yaşlı İnci Babazadə ahibləniblər.
Rəsmlər 7-9.11.2021-ci il tarixinədək Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zona”da sərgilənəcək. Ünvan: İçərişəhər, Böyük Qala 46

Xəbərlər Qalereyası

Xəbərlər