“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “8 Noyabr Zəfər Günü” münasibəti ilə aşağıdakı tədbirləri TƏQDİM EDİR:
8 noyabr – Zəfər Günü ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək.
5 noyabr saat 11:00–da “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı tarix üzrə fəlsəfə doktoru S.Əhmədovun Şirvanşahlar Sarayında “Azərbaycan tarixinin şanlı səhifəsi – 44 günlük müharibə” adlı məruzəsi dinləniləcək.
5 noyabr saat 15:00– da “Bakı Fotoqrafiya Evi”ndə “Cəbhədən xəbərlər” adlı tədbir təşkil olunacaq. Tədbirdə “Azərtac” Xəbər Agentliyinin fotoqrafı Tofiq Babayevin müharibə günlərində cəbhədən çəkdiyi fotolar nümayiş olunacaq, onun xatirələri dinləniləcək.
6 noyabr saat 11:00 - da “Qala” Tarix-Etnoqrafiya Qoruğundakı Əntiq Əşyalar Muzeyində Vətən müharibəsi qaziləri, şəhid ailələrinin nümayəndələri, eləcə də Qoruq İdarəsinin müharibədə iştirak etmiş əməkdaşları ilə görüş təşkil olunacaq.
6 noyabr saat 11:00-da Bakı Xanları Parkında (ART zonada) “Zəfər Günü” adlı rəsm müsabiqəsinin iştirakçılarının rəsmləri sərgilənəcək, münsiflər tərəfindən qaliblər müəyyənləşəcək. Sərgi 9 noyabr tarixinə kimi davam edəcək.

Xəbərlər