29-30 sentyabr tarixlərində Ümumdünya İrs Şəhərləri Təşkilatının Mərkəzi və Şərqi Avropa Katibliyinin Rəqəmsallaşdırma və İqlim mövzusunda iclası keçirilmişdir. İclasda Katibliyin ötən müddət ərzində gördüyü işlərə dair hesabatın təqdim olunması ilə yanaşı hazırda tarixi şəhərlərin rəqəmsal texnologiyaların tətbiqi və iqlim dəyişmələrinin önlənməsi istiqamətində gördüyü islər müzakirə olunmuşdur. Tədbirdə "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov da iştirak etmiş və bu sahədə İdarənin təcrübəsini bölüşmüşdür

Xəbərlər Qalereyası

Xəbərlər