25 sentyabr 2021-ci il tarixində Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun təşəbbüsü ilə “Qala qoyununun əti ilə özbək plovu” adlı tədbir keçirilib.
Tədbir “İçərişəhər” Muzey Mərkəzinin dəstəyi və “Azeri Home Chef” kulinariya qrupunun rəhbəri Fəxrəndə Həsənzadənin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunub.
Tədbirdə diplomatik korpusun nümayəndələri də iştirak edib. Qonaqlar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən ekspozisiyaları ziyarət edib, tarixi məkanla yaxından tanış olub, ənənəvi Özbək plovundan dadıblar.

Xəbərlər Qalereyası

Xəbərlər