9 sentyabr tarixində “İçərişəhər” DTMQİ-nin üzv olduğu Dünya İrs Şəhərləri Təşkilatının (OWHC) onlayn formatda İllik İclası keçirilmişdir. İllik iclasda bir sıra məsələlər, o cümlədən təşkilatın baş katibinin seçilməsi, təşkilati məsələlər və gələcək fəaliyyətlər müzakirə edilmişdir Onlayn konfransda, eyni zamanda, iki müsabiqə üzrə qaliblər də açıqlanmışdır. İlk olaraq, “İrs naminə Jean-Paul-L’Allier mükafatı”nın qalibləri elan edilmişdir. Daha sonra, “Yeni başlanğıc. Yeni baxış. Yeni şəhər” mövzusunda tarixi şəhərlərə həsr olunmuş Beynəlxalq Video Müsabiqənin qalibləri elan edilmişdir. Bu müsabiqə üzrə birinci yeri (18-21 yaş kateqoriyasında) İdarənin təşkilati və əlaqələndirmə dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurcan Daşdəmirova tutmuşdur. Qeyd edək ki, o müsabiqəyə İçərişəhərlə bağlı olan “Buta” adlı video ilə qatılmışdır.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək yeni seçilmiş Baş katibi və video müsabiqə qaliblərini təbrik etmişdir. O, öz çıxışında OWHC ilə İçərişəhər arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini vurğulamış, eləcə də təşkilat tərəfindən keçirilən bu növ müsabiqələrin tarixi şəhərlərin beynəlxalq səviyyədə təbliği, gənclərin mədəni irs və tarixi abidələr haqqında məlumatlılıq səviyyəsinin artırılması baxamından əhəmiyyətli olduğunu qeyd etmişdir.
Qeyd edək ki, “İçərişəhər” DTMQİ 2016-cı ildə Dünya Şəhərləri Təşkilatı (OWHC) ilə əməkdaşlıq edir. İdarə 2018-ci ildə təşkilatın Direktorlar Şurasının iclasına ev sahibliyi etmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər