30 avqust 2021-ci il tarixində YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən I Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, məşhur fotojurnalist, Azərbaycanın ən yaxşı müasir fotoqraflarından olan Fərid Xayrulinə (1947-2020) həsr olunmuş xatirə sərgisi keçirilmişdir.
Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “İçərişəhər” Muzey Mərkəzi, Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİHM), həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin birgə dəstəyi ilə həyata keçirilir.
30 avqust – 5 sentyabr 2021-ci il tarixlərində Şirvanşahlar Sarayı Kompleksinin birinci həyətində təşkil olunmuş xatirə sərgisində, fotoqrafın şəxsi kolleksiyasından olan 40-dan çox əsəri nümayiş olunur.

Xəbərlər Qalereyası

Xəbərlər