3 iyun 2021-ci il tarixində Türkiyə Baş Qərargahının ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfər çərçivəsində İçərişəhəri ziyarət etmişdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanan qonaqlara paytaxtımızın tarixi-memarlıq incisi İçərişəhər haqqında ətraflı məlumat verilmişdir. Ziyarət çərçivəsində nümayəndə heyəti Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, Yeraltı hamam, Bakı Xanları parkı, Arxeoloji park, Qız Qalası abidələri ilə tanış olmuş, onlara abidələrin tarixi və İdarə tərəfindən aparılan bərpa-konservasiya işləri haqqında geniş arayış təqdim olunmuşdur.
Qonaqlar İçərişəhərlə tanışlıqdan və keçirilən ekskursiyadan məmnun qaldıqlarını ifadə etmişlər.

Xəbərlər Qalereyası

Xəbərlər