Hörmətli izləyicilərimiz,
Dünən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazisində yerləşən Dördbucaqlı qalada – “Art Tower”da Bolqarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümü münasibətilə “Bolqarıstan uşaqların gözü ilə” adlı rəsm sərgisinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə qonaqları salamlayan Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Yankov qeyd edib ki, bu sərgi vasitəsilə Bolqarıstan səfirliyi Bolqarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümünü qeyd edir. O bildirib ki, “Bolqarıstan uşaqların gözü ilə” sərgisi Bolqarıstan və Azərbaycan arasındakı mövcud dostluq əlaqələrinə daha bir sübutdur və bu sərgi səfirliyin 3 mart - Bolqarıstan Milli Günü münasibətilə təşkil etdiyi rəsm müsabiqəsinin nəticəsidir. Belə ki, bir çox azərbaycanlı uşaq Bolqarıstanın mədəniyyətinə, ənənələrinə olduqca böyük maraq göstərmiş və beləliklə, bugünkü sərgi ərsəyə gəlmişdir.
Səfir həmçinin tədbirin kiçik qonaql

Xəbərlər Qalereyası

Xəbərlər