Hörmətli izləyicilərimiz,

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 28 May - Respublika Günü münasibətilə "Seç zaman, tap qazan" adlı müsabiqə elan edir!

Əziz dostlar, əgər siz də tariximizin bu əlamətdar gününü daha da yaddaqalan keçirmək istəyirsinizsə, bizə qoşulun!

Belə ki, 28 may-6 iyun tarixləri müddətində siz İçərişəhər ərazisində yerləşən məşhur restoranlarda və hədiyyə mağazalarında olduqca sərfəli endirimlər qazana bilərsiniz.

Şərtimiz isə kifayət qədər sadədir. Siz gün ərzində əvvəlcədən səhifəmizdə elan edilən məkanlara qeyd olunan saatlarda yaxınlaşırsınız. Orada sizə əməkdaşlar tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti və İçərişəhərə dair ümumilikdə 3 sual veriləcəkdir. Hər bir düzgün cavaba görə siz müəyyən endirim haqqı qazanacaqsınız. Hətta cəmi 1 suala düzgün cavab verən iştirakçı belə endirim fürsətindən yararlana biləcəkdir.

İçərişəhər sizin yolunuzu gözləyir.

Xəbərlər Qalereyası

Xəbərlər