20 may 2021-ci il tarixində Birləşmiş Krallığın Dövlət Katibinin Parlament nümayəndəsi və ixracat naziri Qraham Styuart Azərbaycana rəsmi səfər çərçivəsində İçərişəhərlə tanış olmuşdur.

Ziyarət çərçivəsində nazir və nümayəndə heyəti doğma Bakımızın açıq səma altında canlı tarixi məkanı olan İçərişəhərlə yaxından tanış olmuşlar. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Ə.Ələkbərov tərəfindən qarşılanan qonaqlar qədim şəhərin Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Sıratağlı Dini-Memarlıq Kompleksi və Qız Qalası tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.

Qonaqlar əfsanəvi şəhərdə gözəl və mənalı vaxt keçirdiklərini qeyd etmişlər.

Xəbərlər Qalereyası

Xəbərlər