27 aprel 2021-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovla Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Baxrom Aşrafxanov arasında işgüzar görüş keçirilib.
Görüş zamanı ölkələrimiz arasında mədəni və tarixi əlaqələr, habelə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə həmçinin tarixi və memarlıq quruluşları baxımından Özbəkistan Respublikasının “İçan Kala” Dövlət Qoruq muzeyi ilə qədim İçərişəhər arasındakı oxşar cəhətlər müzakirə edilib. “İçan Kala” Dövlət Muzey Qoruğu ilə “İçərişəhər” DTMQ İdarəsi arasında əməkdaşlığın genişləndirilməsi, hər iki tarixi məkanın YUNESKO-nun Ümumdünya İrs Siyahısında olması, eləcə də dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, İdarə ilə “İçan Kala” Qoruğu arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”un imzalanması məsələsi gündəmdə olduğu vurğulanıb.

“İşərişəhər”DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər