İçərişəhərin, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksinin  YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20-ci ildönümü münasibəti ilə “İçərişəhər” DTMQ İdarəsi tərəfindən görülən silsilə tədbir və layihələr davam etdirilir.  Belə ki, 11 sentyabr 2020-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksində İdarə ilə Almaniyanın "EKM" Global Consulting GmbH şirkəti arasında qarşılıqlı əməkdaşlıq Memorandumunun imzalanma mərasimi baş tutub.

            Memorandumu İdarənin Aparat rəhbəri Read Qasımov və "EKM" Global Consulting GMbH şirkətinin rəhbəri Elşən Musayev imzalayıblar.

         Layihə çərçivəsində XII-XV əsrlərə aid olan Şirvanşahlar Sarayı Kompleksinin 360°-li 3D virtual görüntüsü yaradılaraq ictimaiyyətə təqdim olunacaq.

             Qeyd edək ki, “EKM” Global Consulting GMbH şirkəti tərəfindən bu il 18 May - Beynəlxalq Muzeylər günü ilə əlaqədar Qız Qalası və Bəylər məscidi tarixi-memarlıq abidələrinin virtual turları hazırlanaraq təqdim edilmişdir.

      Karantin və post-karantin dövründə bu kimi mühüm layihələrin  həyata keçirilməsi, muzey və tarixi  abidələrimizin dünya miqyasında da daha geniş şəkildə təbliği və tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edir.

 

“İçərişəhər”DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər