"Atelier Erich Pummer GmbH" şirkətinin rəhbəri Erix Pummer 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər günü və artıq onun üçün doğma məkana çevrilmiş İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi münasibətilə "İçərişəhər" DTMQİ-ni və Azərbaycan xalqını təbrik edir.

Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH" ​ 2010-cu ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir. Bu müddət ərzində şirkətin rəhbəri Erix Pummer və onun peşəkar komandası tərəfindən Qız Qalası, "Qoşa Qala" qapıları, Məhəmməd, Cümə və Bəylər məscidləri kimi məşhur tarixi abidələrdə restavrasiya işləri müvəffəqiyyətlə aparılmışdır. Yaxın tarixlərdə isə şirkət tərəfindən İçərişəhərdə yeni aşkar olunmuş Yeraltı hamam kompleksində restavrasiya işləri uğurla həyata keçirilmişdir.

Xəbərlər