Bilirsiniz ki, dünyada və ölkəmizdə koronavirus pandemiyasının yayılması ilə əlaqədar hal-hazırkı vəziyyətdə həyat tərzimiz bilavasitə dəyişmişdir. Pandemiya səbəbi ilə insanlarda narahatlıq və həyəcan artmışdır. İnsanların yaşam tərzində olduğu kimi, psixoloji vəziyyətlərində də gərginlik yaranmışdır. Karantin günlərində insanlar onları narahat edən məsələlər barədə suallara cavab tapmağa çalışırlar.​

"İçərişəhər" Muzey Mərkəzi insanların bu narahatlığını nəzərə alaraq, "Online ünsiyyət" rubrikasına Azərbaycanın tanınmış psixoloqu (Psixologiya elmlərinin tədrisi üzrə magistr, kliniki psixoloq, Geştald tədrisinin 2-ci mərhələsi üzrə EMDR terapevt)Tamara Şıxəliyevanı dəvət edmişdir.
​ ​
İMM-nin feysbuk və instaqram səhifələrində T.Şıxəliyeva ilə ​ online ünsiyyət yaradılacaqdır. ​ Psixoloqla online ​ ünsiyyət zamanı pandemiya ilə əlaqədar psixoloji durumunuz haqqında Sizi narahat edən suallara cavab almaq üçün sual və müraciətlərinizi ​ öncədən şərh və "direct" bölmələrinə eləcə də, aydan.selimkhanova@gmail.com elektron ünvanına göndərə bilərsiniz.

Xəbərlər