Bakı Fotoqrafiya Evində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Arxifoto" adlı foto-sərginin açılış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 

5 mart tarixində təşkil olunan mərasimdə 3 müxtəlif nominasiya üzrə qaliblər müəyyən olunub:

  1. İnsan fəzada – Özündə qarşılıqlı ahəngdar əlaqə, erqonomikliyi və təbililiyi əks etdirən insanların şəhər mühitində və interyerində olan fotoşəkillər – I yer - Natavan Vahabova; II yer - Aidə Babayeva, III yer - Ayan Nəsibli;
  2. Memarlıq – Memarlıq baxımından əhəmiyyətli olan bina və ya tikilinin fotoşəkilləri – I yer - Zamin Cəfərov; II yer - Tapdıq Abdullayev; III yer - İrina Zabrodina;
  3. Urbanistika – Şəhərsalma ansambllarının və şəhərsalma zəncirləri elementlərinin fotoşəkilləri – I yer - Natali Həbibova; II yer - Orxan Abbasov; III yer - Ayan Nəsibli.

I yerin qalibləri – 1-ci dərəcəli diplom və 1000 manat məbləğində pul mükafatı, II - III yerlərin qalibləri isə diplomla təltif olunub. Eyni zamanda, qaliblərin və finalçıların fotoşəkilləri Bakı Fotoqrafiya Evində 25 mart tarixinədək sərgilənəcək və Bakı Fotoqrafiya Evinin saytında, sosial şəbəkələrdə dərc olunacaq.

Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, üzvləri Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, fotoqraf Sənan Ələsgərov, memar Nəriman İmaməliyev və fotoqraf Eldar Əkbərovdur.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər