19 mart – 1 aprel tarixlərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi Bəylər məscidində "Azərbaycan məscidləri" adlı foto-sərgi keçiriləcək. Bakı Fotoqrafiya Evi  və "ARTS COUNSIL Azərbaycan"ın birgə təşkilatçılığı ilə keçirilən sərgidə həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər. Yaş məhdudiyyəti yoxdur.

İçərişəhər DTMQİ-nin "İçərişəhər" Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi yarandığı gündən maraqlı və yadda qalan tədbirlər, foto-sərgilər, layihələr və müsabiqələr keçirir. Bu tədbirlər zamanı gənc və yaradıcı insanlara xüsusi yer ayırmaqla İçərişəhərin təbliğatı istiqamətində təqdirəlayiq addımlar atılır.

İştirak etmək arzusunda olan şəxslər çəkdiyi fotoları 15 mart 2020-ci il tarixinədək sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər.

Ünvan: İçərişəhər, Bəylər məscidi, İ.Əfəndiyev küç. 47

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər