"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha bir tarixi abidənin - Şah Ovdanının bərpasını başa çatdırıb. İdarənin Elmi-istehsalat Bərpa Emalatxanası və Mənzil-Kommunal və Təmir Xidməti tərəfindən aparılan bərpa işi başa çatıb. Hazırda isə Ovdanın ətraf meydançasında son kosmetik təmir-bərpa işləri aparılır.

Təmir-bərpa işlərinin tam olaraq başa çatmasından sonra Şirvanşahlar Sarayı Kompleksi ekspozisiyasının bir hissəsi olan Ovdanın Şah hamamı ilə birlikdə tam şəkildə muzeyin iş saatlarında fəaliyyət göstərməsi və Saray Kompleksinin ekskursiya mətninə daxil edilərək turistlərə təqdim edilməsi planlaşdırılır.

XV əsrə aid olan Şah Ovdanı (1417-1465) XX əsrin 30-40-cı illərinədək fəaliyyət göstərmişdir. Əminik ki, bu maraqlı tarixi abidə öz memarlıq quruluşuna görə yerli və xarici qonaqların marağına səbəb olacaq.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası