"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını tamaşaçıların ixtiyarına verib. Operetta 25 yanvar və 1, 8, 15, 22, 29 fevral tarixlərində nümayiş olunacaq.

12 pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjmançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin üçüncü və sonuncu musiqili komediyası yazıldığı dövrdən (1913) Azərbaycan səhnəsinin bəzəyi olub, həmçinin müxtəlif xarici ölkələrdə və dillərdə tamaşaya qoyularaq daima izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. 

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı