“İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində batika, dulusçuluq, keramika boyakarlığı, zərgərlik və dekorativ boyakarlıq üzrə master-klass dərsləri keçirilir.

Batika

“Batika” dərslərində iştirakçılara kəlağayının hazırlanması öyrədilir. Hər bir dərs 2 saat müddətində davam edir. Dərs ərzində iştirakçılar dizaynerin müşayiətilə soyuq və isti batika üsulu ilə şərf hazırlayırlar. Bir kəlağayının hazırlanması üçün 2 intensiv dərs tələb olunur.

1 dərsin qiyməti 40 AZN təşkil edir. 

Öz əl işiniz olan dəbdəbəli kəlağayı hazırlamaq istəyirsinizsə Batika dərslərinə qatıla bilərsiniz!

Dulusçuluq

“Dulusçuluq” kurslarında iştirakçılar gildən müxtəlif formaların hazırlanmasını öyrənirlər. Dərs ərzində iştirakçılara materialın xüsusiyyətləri, formalar və məhsul hazırlanmasının texniki mərhələləri barədə məlumat verilir.  Hər bir dərs 2 saat müddətində davam edir. Sonda hazırlanan məhsul dulus sobasında bişirilir və iştirakçıya təhvil verilir. 

1 dərsin qiyməti 30 AZN təşkil edir. 

Gündəlik istifadə edilə biləcək müxtəlif maraqlı formaya malik keramika məhsullarının hazırlanması üçün Dulusçuluq dərslərinə qatıla bilərsiniz!

Keramika boyakarlığı

 “Keramika boyakarlığı” dərslərində iştirakçılar kiçik həcmli keramik boşqabların rənglənməsi prosesini icra edirlər. İştirakçılara boşqab üzərinə rəsmin köçürülməsi və onun boyanması texnikası izah edilir. 2 saat ərzində tamamlanan boşqab sonradan şirələnir və dulus sobasında bişirilir. Yekun alınan nəticə iştirakçıya təhvil verilir.

Dərslərə qrup halında 10 nəfərədək iştirakçı qəbul olunur, fərdi dərslər isə 5 nəfərə qədər iştirakçı sayı ilə keçirilir. 

1 fərdi dərsin qiyməti 30 AZN, qrup dərsinin qiyməti isə 20 AZN təşkil edir. 

Fərqli tərtibata malik dekorativ boşqabların hazırlanması üçün keramika boyakarlığı kursuna müraciət edə bilərsiniz!

Zərgərlik

“Zərgərlik” kursunda iştirakçılar hər hansı zərgərlik nümunəsini öncədən seçir və onun hazırlanmasına gələcək şəkildə dərs sayı müəyyən olunur. Dərs ərzində iştirakçı zərgərin köməkliyi ilə məhsulun hazırlanmasını həyata keçirir. İştirakçılara texniki rəsmdən başlayaraq son mərhələyə qədər bütün proseslər göstərilir. 

2 saat müddətində davam edən 1 dərsin qiyməti 40 AZN təşkil edir. 

İşlənməsi Sizə məxsus olan zinət əşyasını hazırlamaq üçün Zərgərlik kurslarına qatıla bilərsiniz!

 Dekorativ boyakarlıq

“Dekorativ boyakarlıq” dərslərində iştirakçılar tərəfindən müxtəlif həndəsi strukturların qurulması, akvarel kağızlar üzərinə köçürülməsi və boyanması prosesi öyrənilir.

1 dərsin qiyməti 20 AZN təşkil edir. 

 "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzi⠀
Ünvan: Böyük Qala küç. 19⠀
İş vaxtları: B.e. – Ş.: 09:00 - 19:00⠀
Əlaqə: +994124975817, +994704975817

Xəbərlər Qalereyası

Xəbərlər