17 dekabr saat 16:00-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdindəki Tahir Salahovun ev-muzeyində "Kəlağayı tariximiz və mədəniyyətimizdir" adlı tədbir keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətinin mənəvi irsini, estetik dəyərlərini özündə əks etdirən kəlağayının yaranma tarixi, atributları və ornamentləri barədə məlumat verməkdir.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri kəlağayı mövzusunda çəkdikləri rəsmləri nümayiş etdirəcək, maraqlı rəqslər, mahnılar ifa edəcəklər. Tədbirə təşrif buyurmuş qonaqlara həmçinin kiçik səhnəciklər nümayiş olunacaq. 

"İçərişəhər" DTMQİ Mətbuat xidmətinin məlumatı

Xəbərlər