7-14 noyabr tarixlərində Nusay Gallery (BƏƏ) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Art Tower" qalereyasında Türkmənistanın tanınmış müasir rəssamlarından Məmməd Yarməmmədovun "Vətənə sevgi" adlı fərdi sərgisi təqdim ediləcək.

Özünəməxsus rəssam Məmməd Yarməmmədov bir çox beynəlxalq sərginin iştirakçısı, habelə, Türkmənistan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın qeyri-adi dünyagörüşü onun daha çox tekstil-dekorativ panellərə bənzəyən əsərlərində əks olunur.
Rəssam qeyd edir: "Xalq sənəti mənim yaradıcılıq mənbəyidir. Xalçalarımızın, geyimlərimizin rənglərinin alicənablığı, monumentallığı, eyni zamanda, xalq ornamentikasının nəfisliyi məni heyran edir".

Məmməd Yarməmmədov milli incəsənətin əsl bilicisidir. Milli incəsənət onu hələ gənc vaxtlarından cəlb edirdi. O, ənənəvi xalçaların və tikmələrin gözəlliyi ilə maraqlanırdı. bütün bunlar onun məişətini əhatə edirdi. Güllərin və ornamentlərin kaleydoskopu onu valeh edirdi. Fiqurların hörükləri, müxtəlif formalar, nişanların simvolikası – onun ilhamına çevrilmişdi.
Məmmədi uşaqlıqdan əhatə edən gözəllik və yaradıcılığın sehri bütün rəssamlara tanış olan bu hissi - gələcəkdə onu motivasiya edəcək gözəlliyin yaradılması arzusunu doğurub: "Mən duyğuların impulsu ilə dərhal rəsm etməyə başladım".

Ekspozisiya 7-14 noyabr 2019-cu il tarixlərində açıq olacaq.

"Art Tower"in iş saatları: 11:00-17: 00