Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər. Jazz - musiqi sənətinin ən demokratik üslub və həyat tərzi - dünyanın etnik mədəniyyətlərin özünəməxsus sintezidir. Canlı və unudulmaz təəssüratlar üçün “BAKI JAZZ FESTİVAL-2019” müxtəlif üslub və  istiqamətləri təqdim edir: avanqard, ənənəvi və etnik jazz, simfojazz, habelə musiqiçilərin ustad dərsləri, rəsm və foto sərgiləri, dünya kinosunun jazz mahnılarına dair müzakirələr, həmçinin tematik, praktik və məlumatverici proqramlara giriş sərbəstdir. Bütün bunlar “Daha çox jazz, daha çox intellekt” festival şüarı altında davam edir.

Festival bir neçə məkanda fəaliyyət göstərir: Landmark, Muğam Mərkəzi, Azərbaycan Dövlət Akamedik Musiqili Teatrı, Kamera-Orqan Musiqisi Zalı (Kirch). Jazz festivalının gözəçarpan məqamlarından biri də gecəyarısı jam-session’dur. Bakı festivalı “Round Midnight” jazz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir. Bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlətinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir. Bir qayda olaraq, jazz musiqiçiləri, əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan jaazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün musiqi həvəskarları və jazz biliciləri üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəstdir. Jazz konsertləri üzrə ixtisaslaşan avstriyalı ekstra sinif səs mühəndisi (tonmeister) təşrif buyurub. Əvvəlki festivalların səs yazısını qüsursuz qeydə almış avstriyalı ustaddın səsləndirmə sistemi Avropa  jazz klubları səviyyəsində qurulub.

Daha cavan ifaçıları gənc istedadların beynəlxalq jazz müsabiqəsində dinləmək mümkün olacaq. Münsiflər heyətinin adları, habelə müsabiqədə iştirak üçün detallarla tanış olmaq üçün, festivalın veb saytında tam məlumat əldə etmək mümkündür. Festivalın təşkilat komitəsi ali təhsil müəssisələrinin tələbələri üçün 50%-lik endirim təmin edir. Tələbə biletini təqdim edən bütün kassalarda biletləri 50% endirimlə əldə edə biləcək. Festival proqramı haqqında bütün məlumatları festivalın rəsmi saytında əldə etmək mümkündür.