Sıratağlı Dini - Memarlıq Kompleksi

“Dünya İrsi – Bir gəncin baxışı 2019” adlı 25-ci beynəlxalq rəsm müsabiqəsi keçirilib. Texniki Abidələrin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə təşkil olunan müsabiqə Slovakiyanın Banska Stiavnica şəhərində baş tutub.

Dünya İrsi şəhərlərindən olan uşaq və gənclər üçün nəzərdə tutulan müsabiqə Banska Stiavnica Bələdiyyəsi tərəfindən 1995-ci ildən etibarən mütəmadi keçirilir. İştirakçılar aid olduqları Dünya İrsi şəhəri yaxud da digər şəhərin təsvirini, tarix və təəssüratlarını, artefaktlar, gündəlik həyat tərzini, sadə sakinləri və gələcəyi əks etdirən rəsm nümunələr təqdim ediblər.

2000-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısında daxil edilən İçərişəhər 2016-cı ildən OWHC-Dünya İrs şəhərləri təşkilatının üzvüdür. Bu səbəbdən İçərişəhər DTMQİ-nin “Muzey Mərkəzi" də sözügedən rəsm müsabiqəsində iştirak edib.

Qiymətləndirilmə üç kateqoriyada üzrə: 9 yaşa qədər, 10-12 və 13-15 yaş arasında olan uşaq və gənclər arasında aparılıb. Hər kateqoriyada ən yaxşı 3 rəsm əsərinin qalibi diplomlarla mükafatlandırılıblar.

KamART İncəsənət Qalereyasının dərnək üzvləri qaliblər sırasında yer alıb. Həmyerlimiz Məryəm Tağızadə 10-12 yaş kateqoriyasında III yerin qalibi, Ayanxatun Məmmədova isə 13-15 yaş kateqoriyasında münsiflərin xüsusi təşəkkürü – “Qürur” Sertifikatı ilə mükafatlandırılıblar.

”İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası