9 oktyabr 2019-cu ildə turizmin inkişafı üzrə regional tematik tədbir keçirilib. Iclas "İqtisadi İnkişaf Naminə Merlər" Təşəbbüsünün Katibliyinın təşkilatçılığı ilə Ukraynanın Lvov şəhərində baş tutub.

34 dövlətin nümayəndəsinin (Gürcüstan, Ermənistan, Belarusiya, Moldova Ukrayna)iştirak etdiyi tədbirdə ölkəmizi “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin turizm şöbəsinin müdiri Gülarə Abdullayeva da təmsil edib.

Toplantı iştirakçıları yerli səviyyədə turizmin inkişaf problemlərini müzakirə edib, təcrübə mübadiləsi aparıblar. İştirakçılar öz ölkələrinin timsalında turizm marşrutlarını, eləcə də yeni turizm istiqamətlərinin qarşılaşdığı problemləri və onların həlli yollarını müzakirə ediblər.

Xəbərlər Qalereyası