Cari layihələr

Cari ildən etibarən  hər il 9 oktyabr tarixi bütün dünyada “Avropa Qayaüstü İncəsənəti Günü” kimi qeyd olunacaq. Məlum qərar Avropa Şurası tərəfindən  “Avropa İrs günləri” (EUROPEAN HERITAGE DAYS) layihəsi çərçivəsində 2018-ci ildə qəbul edilib.

Bu əlamətdar tarixi  Qayaüstü incəsənətin Avropa Mədəni Marşrutuna (European Cultural Route of Prehistoric Rock Art)  üzv (Skandinaviya yarımadasından Pireney yarımadasınadək, Atlantik okeanı sahillərindən Xəzər dənizi sahillərinədək) olan regionlar qeyd edəcəklər.

Nəzərdə tutulan tədbirlər sırasına  “İçərişəhər”  Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsinin planlasdırdığı  layihələr də daxildir.

 “İçərişəhər” Muzey Mərkəzi aşağıda adları sadalanan tədbirlər təşkil edəcək:

  • 9 oktyabr 2019-cu il tarixində  Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda “Açıq qapı” günü elan ediləcək.
  • 6-12 yaşlı məktəblilər üçün Avropa Rəsm Yarışması elan olunacaq (European Drawing Contest). Gənc rəssamların Abşeron petroqliflərinə həsr olunmuş ən yaxşı rəsm səyahət sərgisinin bir hissəsi elan ediləcək və  “Keçmiş Avropa incəsənəti  gələcəyin gözü ilə” kitabının təqdimatı baş tutacaq. Kitab http://www.prehistour.eu/ web saytında dərc olunacaq. Saat 11:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında, PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routes of the Council of Europe ) təşkilatının elmi eksperti, tarix üzrə fəlsəfə doktoru Məlahət Fərəcova “Bəşəriyyətin ilk incəsənəti” adlı mühazirə ilə çıxış edəcək.
  • Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən mövzuya aid “Pantomima səhnəsi” və maraqlı təqdimatlar nümayiş olunacaq.
  • Silsilə tədbirlər çərçivəsində  11 oktyabr 2019-cuil tarixində saat 11:00-da Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunda  “Ağacəkmə aksiyası” həyata keçiriləcək.

 

Tədbirlərimizə dəvətlisiniz!

Xəbərlər Qalereyası