27 sentyabr Ümumdünya Turizm günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir.


Turistlərin ölkəmizə cəlb olunması məqsədi ilə “ İcərişəhər”DTMQİ bir sıra işlər görür yeni-yeni layihələrə imza atır. Azərbaycan tarixini və etnoqrafiyasını əks etdirən muzey ekspozisiyaları daim yenilənməsi, xidmət sahələrinin təkmilləşdirilməsi, milli sənətkarlıq əşyalarının geniş təbliğ olunması bu kimi lahiyələrin bariz nümunəsidir.


Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycana gələn turistlərin 90 faizi İçərişəhərin qonağı olur. Hər il muzeylərimizə gələn ziyarətçilərin sayı yüksək templə artır.


Eyni zamanda Qoruq İdarəsi mütəmadi olaraq “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər” sərgisində iştirak edir. Ötən ilin aprel ayında Bakı Ekspo Mərkəzində keçirilən sərgidə əməkdaşlarımız İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin mahir sənətkarlarının əl işi olan əşyaları nümayiş etdirmiş, həm sərgi iştirakçılarına, həm ziyarətçilərə İçərişəhərin turizm potensialı haqqında ətraflı məlumat vermişlər.


Bundan başqa il ərzində böyük ictimai maraq doğuran bir sıra təbirlər, o cümlədən Qış qalası, Bahar Qalası, Qız Qalası festivalı, intellektual məntiqi oyunlar, sərgilər, flaşmoblar, konfranslar, təqdimatlar, muzeylər üçün “açıq qapı” günləri təşkil edir ki, bu da İçərişəhərə gələn turıstlərin böyük marağına səbəb olur.


Belə tədbirlərin davamı kimi, 27 sentyabr- Ümumdünya Turizim günü münasibəti ilə “İçərişəhərdə itmiş şəxslər” adlı intellektual kvest oyunu keçirilib. Oyunda turizmi təbliğ etmək məqsədi ilə məşhur blogerlər, turizm şirkətlərinin nümayəndələri və publik şəxslər oyunçu qismində iştirak ediblər. Oyunun sonunda iştirakçılara “Şirvanşahlar Sarayı Kompleks”ində “Milli tarix” adlı Şirvanşahlara həsr edilmiş tamaşa nümayiş olunub.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası