Yürüş 26 sentyabr 2019-cu il tarixində Təhsil Nazirliyi Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyi (KOİCA), KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təşkil olunub.


Tədbir 20 – 27 sentyabr 2019-cu il tarixində 150 ölkədə keçirilən “Global Climate Strike” və BMT-nin“Climate Action Summit” beynəlxalq həftəsinə həsr olunub. Tədbirin təşkili uşaq və gənclərin ekoloji biliklərini artırmaq, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin problemləri və mühafizəsi, 17 Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda xüsusi bacarıqların formalaşması məqsədini daşıyırdı.


Yürüşə Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəblərdə fəaliyyət göstərən ekoklubların aktiv üzvləri və tədbir qonaqları qatılıblar. Rəngarəng tədbir zamanı iştirakçılar “İçərişəhər” ərazisində olan sakin və turistlərə ekoloji yaşam tərzini təbliğ edərək, 17 Dayanıqlı İnkişaf Məqsədləri haqqında ətraflı məlumat veriblər. Tədbir hərkəsi “Stand Together Now” prinsipini rəhbər tutaraq, maneələrə baxmayaraq Dünyada sülhü bərqərar etməyə səslədi.

Xəbərlər Qalereyası

Xəbərlər