3-ü 1-də - İçərişəhər

“İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 aprel 2019-cu il tarixində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq tədbir keçirib.

Tədbir Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor, Ə.Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyevin “Əhməd Ağaoğlu irsi və müasirlik” mövzusunda geniş və maraqlı mühazirəsinə həsr edilmişdir.

Elm şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçən tədbirdə  öncə “İcərişəhər” DTQMİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov qonaqları salamladı bu tədbirin əhəmiyyətindən danışdı.

Daha sonra söz əsas məruzəçi tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Vilayət Quliyevə verildi. Geniş və maraqlı mühazirə ilə çıxış edən professor Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mübadilənin müxtəlif aspektlərindən,  onun alim, hüquqşünas, müxbir, millət fədaisi, türk birliyi və müstəqilliyin müdafiəsi istiqamətindəki fəaliyyətindən  söz acdı. V. Quliyev, Əhməd bəyin  milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, zamanında erməni fitnəkarlığının qarşısının alınması, qanlı qarşıdurmaların dayandırılması,   erməni və digər düşmən mövqelı xristian milyonerlərin  səyi ilə Bakı əhalisinin köçürülməsi təklifinə qarşı durmağı bacararaq bu fitnəkarlığın və fəlakətin qarşısını alması istiqamətindəki xidmətlərini xüsusi vurğuladı.

Daha sonra Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu” , “Xatirələr”, “Bəs bizim ziyalılarımız haradadır” (rus və azərbaycan dillərində) “Türkiyəni duyğulandıran ölüm” adlı elmi monoqrafiyalarına nəzər salındı, kitablarda əks olunan bir çox məqamlar üzərində diskussiyalar aparıldı.

Tədbirdə professorlar Anar İsgəndərov, Solmaz Tohidi,  dosent Firdovsiyyə Əhmədova, elmlər doktoru Abid Tahirli, professor Qulu Məhərrəmli, fəlsəfə doktoru Nazim Mustafa və Qərənfil Xəlilova, professor Rüstəm Kamal Əhməd bəy Ağaoğlunun ictimai xadim, siyasətçi,  jurnalist,  pedaqoq, yazıçı və türkoloq kimi səciyyələndirəcək  geniş fəaliyyətindən danışdılar.

Natiqlər onun türkçülük ideologiyasından ictimai-siyasi baxışlarından, özünəməxsus üsyankar  və çılğın təbiətindən,  mübarizliyini əks etdirən maraqlı faktlar və epizodlardan sitatlar gətirdilər.

 

“Içərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər