“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi nəzdində Bakı Fotoqrafiya evi “Bakı Foto” adlı II fotomüsabiqə elan edir. Müsabiqə 5 nominasiya üzrə keçiriləcək:

1)Mobiloqrafiya

2) Abstrakt foto

3) Tarix

4) Ailə portreti

5) Yer haqqında yaddaşda qalanlar

Müsabiqəyə fotolar 27 iyul 2019-cu ildən - 30 oktyabr 2019-cu ilədək qəbul edilir. Hər nominasiya üzrə juri bir qalib seçəcəkdir. Mükafat 500 AZN məbləğində təşkil edəcək. Seçim turu 21-23 Oktyabr 2019-cu ildə keçiriləcək. Finala çıxan fotolar 14 noyabr 2019-cu il tarixdə keçiriləcək sərgidə nümayiş olunacaq. Sərginin təntənəli açılışı Bakı Fotoqrafiya Evində baş tutacaqdır. Ünvan: Böyük Qala küçəsi 42. Sərgi 3 ay müddətində davam edəcək.

Ətraflı məlumat üçün Bakı Fotoqrafiya Evinin vebsaytına müraciət edə bilərsiniz. www.bakuphotohouse.com