Normativ sənədlər

Ölkəmizdə ilk dəfə olaraq 28 sentyabr - 4 oktyabr 2019-cu il tarixlərində “İçərişəhər” DTMQİ İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı və bu çərçivədə 29-30 sentyabr tarixlərində “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı I Bakı Beynəlxalq Konqresi keçiriləcəkdir.

Sizləri aşağıda təqdim olunan mövzular üzrə konqresdə çıxış etməyə dəvət edirik. Konqresin məqsədi ictimaiyyəti sənət və sənətkarlığın əhəmiyyəti barədə məlumatlandırmaq, sənətkarlıq məhsullarının iqtisadiyyatın inkişafındakı rolunu araşdırmaq, bu sektorda vətəndaşlar üçün iş imkanlarının araşdırılması yollarını müzakirə etmək, bu sahədə kreativlik və innovasiyanı aktivləşdirməyə çalışmaq, bu sektorun turizm və iqtisadi sektordan əldə etdiyi gəlirləri təhlil etmək, sənətkarlığın hazırki vəziyyətini və onların inkişaf perspektivlərini öyrənmək, ənənəvi sənətkarlığın  orijinallığını qoruyub saxlamaq, bu sektoru mövcud kanallar vasitəsilə tanıtmaqdır. Konqresdə bu sektor üzrə ekspertlər, sənətkarlar, mütəxəssislər, müvafiq qurum və təşkilatların iştirakı gözlənilir.

 

      Mövzular:

  • Ümumi mövzu: Sənət və sənətkarlıq: Keçmiş, indiki və gələcək
  • İrs və mədəniyyət baxımından sənət və sənətkarlıq
  • İqtisadiyyat və turizm baxımından sənət və sənətkarlıq
  • Sənətkarlıqda əməyin həcmi və iqtisadi gəlirlər
  • Əl sənəti sahəsində marketinq problemləri
  • Mədəni irsin tanınmasında sənət və sənətkarlığın rolu
  • Millətlərarası mədəni dialoqda sənət və sənətkarlığın rolu
  • Sənət və sənətkarlığın bölgənin adət -ənənələri ilə əlaqəsi
  • Sənət və sənətkarlığın Avropa incəsənətinə təsiri
  • Sənət və sənətkarlığın inkişafı və qorunmasında himayədarlıq və hökumət səyləri
  • Sektordakı təlim və təhsil imkanları
  • Sənətkarların və bu irsin əhəmiyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edən vasitələr
  • Formalaşan nəslin əl sənətlərinin əhəmiyyəti barədə məlumatlandırılmasında kütləvi-informasiya vasitələri və onların öhdəlikləri
  • Nəslin irs, sənət və sənətkarlığın əhəmiyyəti barədə məlumatlandırılmasında uşaqlar üçün təhsil proqramları və onların rolu                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

Konqresdə iştirak etmək istəyənlər 15 avqust 2019-cu il tarixindən gec olmayaraq aşağıda qeyd edilən sənədləri muzey@icherisheher.gov.az  elektron ünvanına göndərə bilər və ya (012) 437 31 75 şəhər nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • Tezis (1 səhifə, ingilis və ya ərəb dillərində)
  • Tərcümeyi –hal (təxminən yarım səhifə, ingilis və ya ərəb dillərində)
  • 1 ədəd fotoşəkil (3x4 və ya 3.5x4.5 ölçüdə, ağ fonda)
  • Passportun surəti (pasportun istifadə müddəti iki il olmalıdır)
  • Avqust ayının sonundan gec olmayaraq İngilis və Ərəb dillərində məruzənin tam mətnini yollamaq

Məruzə və video çarxlar azərbaycan və ingilis dillərində 30 avqust 2019-cu il tarixindən gec olmayaraq qeyd olunan elektron ünvana göndərilməlidir.

Konqresin keçirilmə yeri: Bakı şəhəri, Asəf Zeynallı 20/85

                                     İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Konfrans zalı

Təşkilati Komitə

Əlavə məlumat üçün əlaqə nömrələri:

Моb.:+994 50 513 3047;

muzey@icherisheher.gov.az

İradə Rafiq qızı Qasımova

 

Mob.:+994 50 3194420

malahat@mail.ru

Məlahət Novruz qızı Fərəcova

 

Xəbərlər