İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.
Qeyd edildi ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” Proqramı çərçivəsində reallaşdırılır. Layihənin icrasında əsas tərəfdaşlar “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Təhsil Nazirliyidir. Layihə çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi, habelə Bakı şəhərindəki ümumtəhsil məktəbləri və xüsusi məktəblər ilə əməkdaşlıq həyata keçiriləcək.
Diqqətə çatdırıldı ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət etdi, onlarla şəkil çəkdirdi.

Xəbərlər Qalereyası

Xəbərlər