Artıq 3-cü gündir ki, YUNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bununla əlaqədar olaraq, 01 iyul 2019-cu il tarixində YUNESCO-nun baş direktoru xanım Odri Azulay ilə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin İdarə heyətinin sədri cənab Əsgər Ələkbərov və digər əməkdaşları arasında görüş baş tutmuşdur. Görüş zamanı xanım İçərişəhər ərazində yerləşən Qız qalası, Bakı Fotoqrafiya Evi, İçərişəhər Ənənəvi İncəsənət mərkəzi, Məhəmməd məscidi və Karvansaraya səfəri baş tutmuşdur. Qeyd etmek isterdik ki, İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Komlepsi ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.

Xəbərlər Qalereyası