07.06.2019-cu il tarixində "İçərişəhər" DTMQİ İdarə Heyətinin sədri cənab Əsgər Əkəkbərovun iştirakı ilə media mənsubları üçün növbəti press-tur keçirilmişdir. Görüş zamanı Qoşa Qala qapıları, Qoşa Qala meydanında yerləşən Yeraltı hamam, Bakı Xanları Evi Kompleksi, Bakı Xanları Parkında aparılan bərpa işləri haqqında məlumat verilmiş, bu işlərin 2019-cu ilin sonuna qədər yekunlaşacağı bildirilmişdir. Kiçik Qala küçəsində aparılan təmir işləri isə tezliklə başa çatacaqdır. Ə.Ələkbərov həmçinin növbəti il Multanı və Buxara karvansarayları, "Yaşıl aptek" adı ilə tanınan Qasım bəy hamamında da müəyyən bərpa işlərinin planlaşdırıldığını söyləmişdir. Qala divarlarının bərpası isə ən azı 10 ilə yaxın vaxt apara biləcək məsələdir və qısa müddətdə başa çata bilməz.

Xəbərlər