Əlaqə vasitələri

"İçərişəhər" DTMQİ yaranarkən qarşısına qoyduğu iki əsas məqsədə nail olmaq üçün bütün qüvvəsini sərf edir. Bunlardan birincisi tariximizi qorumaq, ikincisi sakinlərin həyat şəraitini yaxşılaşmaqdır. Qala divarları ilə bağlı irəli sürülən ittihamların əsassız olduğunu İçərişəhərin sakinləri də təsdiqlədi. Bu fikirlər sakinlərlə 25 aprel tarixində hal-hazırda bərpa edilən Yeraltı hamam ərazisində keçirilən görüşdə səsləndirilmişdir. Bu məkanda doğulan, çalışan insanlar hal-hazırda Qoruq ərazisində abidələrə təhlükə törədəcək heç bir iş aparılmadığını bildirmişlər. 

Görüş zamanı sakinlər İdarənin sakinlərin problemlərinə həssaslıqla yanaşdığını bildirmiş, xüsusən evlərin təmiri məsələsində Qoruq rəhbərliyinin yardımını vurğulamışlar. Bildirilmişdir ki, Qoruq İdarəsi yarandıqdan sonra ərazidə təhlükəsizlik sistemi yaradılmış, tullantılar ilə mübarizə problemi aradan qalxmış, iş yerlərinin sayı artmışdır. Abidələrə qarşı göstərilən qayğı, diqqət illərdir sakinlərin müşahidəsinə əsasən müvəffəqiyyətlə aparılır, İçərişəhər dağıntıdan xilas edilir.

Tamamilə könüllü surətdə, öz istəklərinə əsasən bizə yardımçı olmağa çalışan sakinlərimizə dərin minnətdarlığımızı bildiririk.

Xəbərlər