Fərmanlar və sərəncamlar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu gün İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşmüşdür.

Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban xanım ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırmışdır. "İçərişəhər” DTMQ İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək.

Xəbərlər