BEYNƏLXALQ ƏLAQƏLƏR

Ölkəmizdə hər il ənənəvi olaraq keçirilən "Frankofoniya həftəsi" adlı mədəniyyət festivalı bu il də sənətsevərlərin görüşünə gələrək, 6 müxtəlif tədbirlə onları incəsənət aləminin yenilikləri ilə tanış edir. Artıq 30 martdan etibarən start götürən festival çərçivəsində 16 apreldə İçərişəhərdə yerləşən Dördbucaqlı Qalada istedadlı gənc rəssam Maya Bağırovanın "Paris" adlı şəxsi foto sərgisinin açılışı keçirilmişdir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AR Mədəniyyət Nazirliyi, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycandakı Fransız İnstitutu və НПО "Arts Council Azerbaijan"nın dəstəyi ilə ərsəyə gələn foto sərgi əsrarəngiz Paris şəhərinin ağ-qara kadrlarını sizə təqdim edir. Qəhrəmanımız Maya orada təhsil aldığı dövrdə bu şəhərə vurulmuş, axan zamanın simasında çəkdiyi fotolarda öz təəssüratını əks etdirmişdir. Əgər siz də Qərbin baş tacı olan Parisə aşiqsinizsə 24 aprelə qədər bu sərgidən zövq almağa şansınız var.

Xəbərlər