“İçərişəhərdə bloqerin bir günü” adlı rubrikamız ölkəmizin sevilən, izləyici kütləsinin maraq duyduğu simaları ilə qədim şəhərin kəşfinə davam edir! Bu dəfəki qonağımız jurnalist Səbinə Minzeyn oldu. O, “Şirvanşahlar Sarayı Kompleksi”ndə nümayiş edilən “İnkvizisiya – orta əsr işgəncə alətləri” sərgisini ziyarət etdi. Xanım Minzeyn sərginin ona bəxş etdiyi qüvvətli təsiri layihənin uğuru kimi qiymətləndirdi. Daha sonra isə qala-şəhərin ensiz eniş-yoxuşları ilə addımlayan Səbinə ona müsbət enerji bəxş edən bütün yerləri göstərdi, bu sirli auranın ona verdiyi gücdən bəhs etdi. Xarici qonaqlarla bölüşdüyü sevimli yerlər isə olduqca çox idi.

Onun da bu “İçəri Şəhər”də öz dünyası gizlənib və ora olan səyahət hər dəfə bizim qəhrəmanımızı həyəcanlandırır. Gəzintimizin sonunda xanım Minzeyn daim yenilik və daxili rahatlıq axtarışında olan insanlar üçün bu məkanın əvəzedilməz olduğunu xüsusi ilə vurğuladı.

“İçərişəhərdə bloqerin bir günü” rubrikası yeni və ən əsası müsbət enerjili qonaqları ilə tezliklə yenidən sizi salamlayacaq. Bizi izləməyə davam edin!

 

Xəbərlər