Tarixi abidələr hər bir xalqın milli mənsubiyyətinin, zəngin keçmişinin ən parlaq nümunəsi, ölkənin və bəşəriyyətin əvəzedilməz sərvətidir. 1983-cü ildə YUNESKO tərəfindən elan edilən 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününü qeyd etməkdə məqsəd cəmiyyətin tarixi abidələrə qarşı həssaslığını artırmaq və onların mühafizəsi istiqamətində səyləri birləşdirməkdən ibarətdir. Yarandığı dövrdən başlıca məqsədi ölkəmizin maddi-mədəniyyət incisi olan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sözsüz ki, bu əlamətdar günü hər il qeyd edir. İstər vətəndaşlarımızın, istərsə də xarici qonaqların tarix və mədəniyyətimizlə rahatlıqla tanış olması məqsədilə Qoruq İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
Bu çərçivədə 18.04.2019-cu il tarixində də İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi və "Tullantıdan sənətə" kimi muzeylər ödənişsiz olaraq ziyarətçiləri qəbul etmişlər.
Növbəti illərdə də bu kimi kampaniyaların keçirilməsi və Qoruq İdarəsinin bu istiqamətdə  fəaliyyətinin genişləndirilməi nəzərdə tutulur.