Bakı Fotoqrafiya Evi həyatın hər bir anını dəyərləndirən insanlar üçün yeni-yeni layihələri təqdim etməkdə dvam edir. Qısa bir müddət əvvəl fəaliyyətə başlasa da artıq fotosevərlər onun ikinci sərgisi ilə tanış ola bilərlər. Bu sərgi məhz 2 aprel tarixində - Dünya Autizm Məlumatlandırma Günündə açılaraq bu xəstəliyən əziyyət çəkən uşaqlara həsr edilmişdır. Fotoqraf Şirin Rzayeva tərəfindən ərsəyə gələn sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLiyeva da iştirak etmişdir.

“Danışan qəlblər” adlı layihə autizm xəstəliyindən əziyyət çəkən uşaqların və onların ailə üzvlərinin gündəlik üzləşdikləri reallığın qavrama və psixoloji aspektlərini araşdırır. Bu, silsilə şəklində aşağıdakı konsepsiyaları vizuallaşdıran rəngli fotoşəkillərdən ibarətdir: autizm xəstəliyindən əziyyət çəkən uşağın valideyni, qəbul etmə, inteqrasiya və şərtsiz istəklə bağlı çətinlikləri dəf etmə.

“Danışan qəlblər” fotoqrafla autizm spektrində pozğunluqların müxtəlif növlərindən əziyyət çəkən uşaqların ailələri arasında bir il ərzində demək olar gündəlik əməkdaşlığın kulminasiya nöqtəsidir. Real həyatdakı vəziyyətləri anlamaq üçün fotoqraf evlərdə, məktəbdə, müalicə proseslərində  və açıq havada uşaqlarla və ailələrlə vaxt keçirmişdir. Problemləri dərindən araşdırarkən o, həmçinin, valideynlərlə bir sıra müsahibələr aparmışdır.  Bu, fotoqrafı başqalarının görmədiyi gündəlik həyatdakı daxili problemləri göstərən fotoşəkillər yaratmağa ruhlandırmışdır. Bu fəaliyyətin məqsədi, maarifləndirmə, belə problemləri cəmiyyətin diqqətinə çatdırma və şəfqətli olmanın və dəstəyin vacib olduğunu izah etməkdən ibarətdir. “Hər bir kəs bu uşaqların cəmiyyətə daha böyük inteqrasiyasına və uğurlu gələcəyinə görə məsuliyyət daşıyır” – bu, fotoqrafın öz silsilə fotoşəkilləri vasitəsilə çatdırmaq istədiyi  mesajdır.

Şirin Rzayeva 15 ildən çox təcrübəsi olan peşəkar fotoqrafdır, uşaqlara və onların ailələrinə qarşı çox həssasdır. Uşaqlar və onların ailələri həmişə onun işlərinin və səylərinin diqqət mərkəzində olmuşdur. Şirin xanım uşaqların təhsilinə və onların həyat vərdişlərinin inkişaf etdirilməsinə həsr olunan bir sıra uğurlu birgə layihələr irəli sürmüşdür.

Qeyd edək ki, sərgi 11 mart tarixinə qədər açıq olacaqdır!

Giriş sərbəstdir.