27 mart tarixində "İçərişəhər" DTMQİ-nin rəsmiləri Belçika Krallığının Brüqqe şəhərinə rəsmi səfər çərçivəsində Qərbi Flandriya əyalətinin qubernatoru Karl Dekalüve ilə işgüzar görüş keçirmişlər.
Cənab Dekalüve qonaqları səmimiyyətlə qarşılamış və qədim İçərişəhər haqqında tərəflər arasında maraqlı fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, bu görüşün əsas mövzusu hazırda Qoşa Qala meydanında yerləşən, XVIII əsrə məxsus Bakı Xanları Evinin bərpası olmuşdur. Burada yaradılacaq yeni muzeylə bağlı olaraq tərəflər ümumən ikitərəfli əlaqələrin inkişafı, səmərəli fəaliyyət və tarix, mədəniyyət sahəsində dövlətlərarası əməkdaşlığı müzakirə etmişlər. Görüşün sonunda "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin Sədri Ə.Ələkbərov cənab qubernatoru Bakıya dəvət etmiş, o isə bu il ərzində mütləq qədim odlar yurdu şəhərini ziyarət edəcəyini bildirmişdir.

Xəbərlər Qalereyası

Xəbərlər