"İçərişəhər" DTMQİ 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımlara sürpriz bir hədiyyə təqdim etdi! İçərişəhər ərazisinə daxil olan bütün xanım sürücülərə əməkdaşlarımız tərəfindən gül-çiçək hədiyyə edildi!

Eyni zamanda məhz bu əlamətdar gün ilə bağlı olaraq Qoruq İdarəsi tərəfindən "Instagram" sosial şəbəkəsində xüsusi GIVEAWAY müsabiqəsi həyata keçirilmişdir. Beləki, müsabiqənin qalibi olan xanım Şirvanşahlar Saray Kompleksinə fərdi tur paketi və "Muğam Klub" restoranına iki nəfərlik şam yeməyi kuponu qazandı.

 Əziz xanımlar, bu, sizin fedakarlığınızın, gözəlliyinizin müqabilində dəryada damlaya bərabərdir! Lakin üzünüzü güldürə bildiksə bizə ən gözəl ərmağandır!

Xəbərlər