6 mart 2019-cu il tarixində, saat 16:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində faəliyyət göstərən və Azərbaycanın xalq rəssamı, görkəmli incəsənət xadimi Tahir Salahovun adını daşıyan muzeydə ənənəvi olaraq 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə mədəni-musiqili tədbir keçirildi.

Bayram tədbirində Tahir Salahovun rəsmlərindən və İçərişəhərin sənətkar qadınları – Xalidə Nəsirova (qurama) və Mələk Hacıyevanın (şəbəkəbənd süfrə dəstləri) əl işlərindən ibarət sərgi təqdim olundu. Bununla yanaşı Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının şagirdləri konsert proqramı ilə çıxış etdilər.

Tədbirin keçirilməsində məqsəd İçərişəhərdə yaşayıb-yaradan insanları ruhladırmaq, onların sənətini ictimaiyyətə tanıtmaq, xalq sənətinə olan marağı artırmaqdır. Eyni zamanda gənc ifaçıları dəstəkləyərək onlara istedadlarını nümayiş etdirmələri üçün şərait yaratmaq həm Tahir Salahov ev muzeyinin, həmçinin “İçərişəhər” DTMQİ-nin fəaliyyətində mühüm yer tutur.

Xəbərlər