02.01.2019-cu il tarixində İçərişəhərin Florensiya şəhərində baş tutan beynəlxalq tədbirdə təqdimatı keçirilmişdir. ⠀
İtaliyanın "Fondazione Romualdo Del Bianco" təşkilatının 47 ölkənin və 89 şəhərin qatıldığı 21-ci Baş Assambleyası çərçivəsində "İçərişəhər" DTMQ İdarəsinın Aparat rəhbəri cənab Read Qasımov dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrə İçərişəhər barəsində ətraflı məlumat vermiş, İdarənin fəaliyyəti və nailiyyətlər barədə danışmışdır. ⠀
Bununla yanaşı, tədbirdə İdarənin strukturuna daxil olan Ənənəvi İncəsənət Mərkəzinə məxsus "Dastan" brendi haqqında danışılmış və Mərkəzin fəaliyyətini əks etdirən xüsusi videoçarx nümayiş olunmuşdur.

Xəbərlər