Ölkəmizin və İçərişəhərin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində səylərini uğurla davam etdirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Dünya İrs Şəhərləri Təşkilatı (OWHC) və onun üzvləri ilə fəal əməkdaşlıq edir. 21-24 oktyabr 2018-ci ildə bu təşkilatın Direktorlar Şurasının görüşünün də məhz Bakı şəhərində baş tutmusı təsadüfi deyil. Həmin görüşün uğurla nəticələndiyini nəzərə alan Kvebek şəhərinin meri Regis Labeaume Kvebek şəhərində təşkilatın Direktorlar Şurasının 4-6 mart 2019-cu il tarixlərində keçiriləcək növbəti görüşünə Qoruq İdarəsinin rəhbər şəxslərini dəvət etmiş və şəhərin tarixi əhəmiyyəti və gözəlliyinə canlı şahid olmağı təklif etmişdir.

Görüş çərçivəsində mədəniyyət, irs və turizm sahələrində yeni mühüm layihələrin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi də nəzərdə tutulmuşdur. Dünən baş tutan toplantıda isə “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Kvebek şəhərinin meri Regis Labeaume ikitərəfli əlaqələrin inkişaf xəttini və gələcəkdə daha sıx əməkdaşlığa dair məqamları müzakirə etmişlər.

Xəbərlər