26 dekabr 2016-cı il tarixində İçərişəhər Qoruq İdarəsində keçirilmiş elmi-praktik konfransda Azərbaycan tarixinin mühüm hissəsini təşkil edən İçəri Şəhər haqqında aşağıdakı elmi-tarixi araşdırmaların mətni dinlənilmişdir.
1)Bаkı Şirvаnşаhlаr Sarayı binаsı;
2)İçərişəhərlilərin ailə və ailə məişətinə dair;
3)2016-cı ildə İçəri Şəhər ərazisində “Böyük Qala, 50” ünvanında aparılmış arxeoloji qazıntılar haqqında;
4)Azərbaycan tarixinin təbliğində İçəri şəhər abidələrinin əhəmiyyəti;
5)Səlimxanovlar və Bakı tarixi;
6)Orta əsr Şirvan-Abşeron memarlığının təkamülü İçəri şəhərin timsalında;
7)Bakı Qız qalasının tikilmə tarixi və təyinatı haqqında;
8)İçəri şəhərin divar rəsmləri;
9)Bakı şəhərinin memarlıq tarixində Polşa memarlarının rolu;
10)Rusiya, Avropa və Amerika kitabxanalarında İçəri şəhər və Şirvanşahlar Sarayının tarixinin öyrənilməsində əhəmiyyətli olan bəzi mənbələr haqqında;
11)Bakı Xan Sarayı kompleksi.
Bu aspektli mövzular polemika yaratmış və geniş şəkildə müzakirə edilmişdir. Konfrans materialları nəşr olunmuş və elmi müəssisələrin fonduna göndərilmişdir.