İdarə haqqında

7 oktyabr 2015-ci il tarixində İçəri şəhərdə, Tahir Salahovun ev-muzeyində keçirilmiş elmi-praktik konfransda Şirvanşahlar sarayı haqqında bu günə qədərki elmi araşdırmalardan fərqli, yeni aspektli tədqiqatlar  iştirakçıların diqqətinə çatdırılmışdır.

1)Divanxana – Şirvanşahların saray köşkü;

2)Bir əsrin üç şirvanşahı haqqında bəzi qeydlər;

3)İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində;

4)Bakı abidələrinin mühafizəsi tarixi ilə bağlı bəzi sənədlər;

5)Abbasi canişinləri dönəmində Şirvanda sikkə zərbi tarixindən;

6)Seyid Yəhya  Şirvaninin xanəgahı və türbəsi;

7)Şirvan feodal dövlətinin tarixi iqamətgahı olmuş Şirvanşahlar Sarayı;

8)Şirvanşahlar Sarayı tikililərinin konstruktiv xüsusiyyətləri;

9)Orta əsr Şıxməzid xanəgahı;

10)Şirvanda memarlığın inkişafına dair (XV-XVI əsrlər);

11)Nardaranda xan bağı, Şirvanşahlar Sarayı memarlığında kodlaşmış elementlər və “quyu” kultu;

12)Azərbaycan Şirvanşahlar dövlətində hərb sənətinin bəzi xüsusiyyətləri (IX-XI əsrlər);

13)Şirvan ərazilərində dini həyat tarixinə dair;

14)Şirvanşahlar  Sarayı  Kompleksinin  memarlığında  humanizm  elementləri;

15)Şirvanşahlar  Sarayı - həqiqətlər və əfsanələr məkanı.

Bu kimi istiqamətlərdə aparılan elmi analitik mülahizələr elmi məqalə formatında nəşriyyata təqdim edilmiş və ənənəvi olaraq tezislər və elmi məqalələr şəklində çap edilmişdir. Hər iki toplu ölkənin bir çox universitetlərinin və mərkəzi kitabxanaların fonduna təqdim olunmuşdur.

 

Xəbərlər