Dekabrın 17-də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının 5.1 və 6.9-cu bəndlərinin icrası ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində EKVITA şirkəti ilə birgə “Korrupsiyaya qarşı mübarizə” mövzusuna həsr edilmiş təlim keçirilib.
Təlimin açılışında “İçərişəhər” DTMQİ-nin Aparat rəhbəri İntiqam Babayev, ölkə rəhbərliyinin korrupsiya ilə mübarizəyə verdiyi önəmi və hər bir əməkdaşın üzərinə düşən məsuliyyətin vacibliyini vurğulayıb. O, korrupsiya ilə mübarizədə hər kəsin rolunun əhəmiyyətindən danışıb.
Təlimdə EKVITA şirkətinin hüquq partnyoru, Vəkillər Kollegiyasının üzvü, etika və komplayens üzrə mütəxəssis Şərəf Əsgərova iştirakçılara korrupsiyaya qarşı mübarizə ilə bağlı ətraflı məlumat verərək, Aparatın və onun alt qurumlarının əməkdaşlarına bu sahədəki qayda və prinsipləri izah edib. Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb.