II Milli Qurama Festivalı 27 iyul tarixində İçərişəhər ərazisində yürüş ilə başlayıb.
Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
Unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilən Qurama Festivalı müxtəlif tədbirlərlə davam edəcək.
Festival çərçivəsində sizləri “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarlarının əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə, qurama sənətkarları ilə yanaşı həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi kimi çoxşaxəli proqram gözləyir.
II Milli Qurama Festivalı İçərişəhərdən başlayaraq Bakı və bölgələri əhatə edəcək.
II Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Xəbərlər Qalereyası

Xəbərlər