İçərişəhərdə Beynəlxalq Yoqa günü qeyd edilib.
Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə “İçərişəhər” DTMQ İdarəsinin dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Yoqa günü keçirilib.
Yoqasevərlər, fitnes həvəskarları, yeni başlayanlar və təcrübəli şəxslər bu yoqa seanslarına qoşulublar.
2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən 21 iyun Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən qeyd olunur.